TQDK yeni qəbul kampaniyasına başlamağa hazırlaşır

17 Sentyabr 2015 13:42

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-2016-cı tədris ili üçün qəbul kampaniyasını başa çatdırıb".

APA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib.
 
O, bildirib ki, cari ildə keçirilən müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 600 mindən artıq şəxs iştirak edib: "Bu çox böyük rəqəmdir".
 
M. Abbaszadə qeyd edib ki, artıq TQDK yeni qəbul kampaniyasına başlamağa hazırlaşır: "Komissiya son 6 ay ərzində vətəndaşlara təqdim etdiyi elektron xidmətlər istifadəçi sayına görə daim birinci yerdə olub.
 
Cari ilin avqust ayına kimi TQDK-nın təqdim etdiyi 15 elektron xidmət növündən 4 167 385 dəfə istifadə olunub ki, bu da bir təşkilat üzrə yüksək göstəricidir".

Milli.Az