12:32
Bu gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralananların adları məlum olub. "Qafqazinfo"nun əməkdaşı hazırda Sumqayıt şəhər xəstəxanasındadır. Əməkdaşımıza növbətçi həkimin verdiyi məlumata görə, artıq ölənlərin sayı 5-ə çatıb.
Yaralılar travmatik şok, sol diz oynaq əzilməsi, qapalı kəllə-beynin ağır travması, sağ ayağın bud sümüyünün sınması, sağ bud-baldır nahiyəsinin əziyi diaqnozları ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan yeddisinin kimliyi məlum olsa da, üçü hələ ki, naməlum olaraq qalır.
Yaralıların siyahısı:
1. Ağakişiyev Baloğlan 1988-ci il
2. Cavadov Rövşən 1988-ci il
3. Məmmədova Ofelya 50 - 55 yaşlı
4. Məmmədova Əsmər 1967-ci il
5. Əhmədov Rəşad 1983-cü il
6. Allahverdiyev İbadət 1991-ci il
7. Paşabəyov Asif
***
"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının məlumatına görə, yaralı Məmmədova Ofelya dünyasını dəyişib.
***
Xəstəxananın Cərrahiyyə şöbəsinin həkimi Gülməmməd Həmzəyev "Qafqazinfo"ya bildirib ki, yaralılardan biri əməliyyata girməmiş ölüb.
***
"Qafqazinfo"nun əməkdaşının məlumatına görə, ölənlərin sayı ilə bağlı qeyri-dəqiqlik davam edir. Belə ki, Cərrahiyyə Şöbəsinin həkimi 5 nəfərin, daha sonra Ofeliya Məmmədovanın ölümünü təsdiqləsə də, baş həkim ölənlərin sayının 4 olduğunu deyib.
Məlumatı dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən isə ölənlərin sayının 3 olduğunu bildiriblər.
---------
11:40
Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.
Bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri orada ölüb.
Xəstəxanadan onu da bildiriblər ki, oraya yerləşdirilən digər yaralıların vəziyyəti orta-ağırdır.
Qəzada yaralananların adları məlum olub.
Sumqayıt Şəhər Təcili Yardım Stansiyasından APA-ya verilən məlumata görə, 1988-ci il təvəllüdlü Baloğlan Ağakişiyev, 1988-ci il təvəllüdlü Cavadov Rövşən Əsgər oğlu, Əhmədov Rəşad, İbadət Allahverdiyeva, Əsmər Məmmədova, Ofeliya Məmmədova, Afiq Paşabəyov, hələlik kimliyi məlum olmayan üç nəfər xəsarət alıb, 3 nəfər isə ölüb.
Qeyd edək ki, bu gün səhər saatlarında "Ford-Tranzit" markalı mikroavtobus yolun kənarındakı maneəyə çırpılıb.
----------
10:46
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Arif Yusifov Trend-ə bildirib ki, hadisə nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb.
Ölənlərin hər ikisi gənc oğlandır. Yaralıların vəziyyəti orta ağır və ağır qiymətləndirilib. Yaralılar arasında uşaq yoxdur.
---------
10:01
Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib.
ATV.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Ford" markalı mikroavtobus aşıb. Nəticədə ölənlər və xeyli sayda yaralı var.
--------
09:26
Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, içərisində sərnişinlər olan "Ford" markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.
Şahidlərin verdikləri məlumata görə, hadisənin baş verməsi nəticəsində ölən və yaralananlar var.
Ağır yaralıların xəstəxanalara çatdırıldığı bildirilir.
Hadisə yerində araşdırmalar aparılır.
Milli.Az
------------
10:12
Videoları izləmək üçün şəkillərə klikləyin.
----------
11:01