Jurnalistin yıxdığı ərəb Barselonada məşqçi olacaq - VİDEO - FOTO

17 Sentyabr 2015 12:04

Macarıstanda qadın reportyorun badalaq vuraraq yerə yıxdığı miqrant İspaniyadadır. O, məşqçi işləməyə hazırlaşır.

Macarıstanda qadın jurnalist Petra Lazlo tərbiyəsizliyinə və yolverilməz davranışına görə işdən qovulmuşdu. O, ölkəyə gələn və Almaniyaya keçməyə çalışan miqrantlarla polis arasındakı qarşıdurmadan reportaj hazırlayarkən çəkilişi daha maraqlı etmək üçün suriyalı miqranta badalaq vurmuşdu.
Olay Macarıstanın cənubundakı Reske şəhərinin yaxınlığında, miqrant düşərgəsində yaşanıb.
Reske miqrasiya düşərgəsi Macarıstan-Serbiya sərhədindədir. Əvvəllər burada qaraçılar yaşayırdılar.
Macarıstandakı N1TV telekanalının jurnalisti Petra Lazlonun bu əməli yolverilməz sayılmışdı.

Petra Lazlonun badalaq vurub yıxdığı suriyalı miqrant Usamə Əbdel Möhsün oğlu Zeydlə birlikdə İspaniyaya gedib.

Macarıstan-Serbiya sərhədinə qaçan Möhsün sonradan Almaniyaya üz tutub. Burada polisin qeydiyyat araşdırması zamanı futbol məşqçisi olduğunu deyib.
Münhendə iş təklifi alan suriyalı məşqçi İspaniyada çalışmağa və orada yaşamağa qərar verib. O, iki oğlunu da götürərək Madridə gedib.

"Madriddə iş və ev təklif etdilər. Amma sonradan Barselonada işləməklə bağlı variant yarandı. Mən də elə Barselonada çalışmaq istəyirəm", - Usamə Əbdel Möhsün deyib.

Madriddəki CENAFE futbol akademiyasından verilən məlumata görə, 18 və 9 yaşlı iki oğlu olan Möhsün hələlik İspaniya paytaxtında yaşayıb işləyəcək. Sonra isə onun Barselonaya gedəcəyi gözlənilir.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото