Fevralın 25-nə olan hava proqnozu
25 Fevral 2010 06:00
Milli.Az xəbər portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə havanın zəif çiskinli olacağı gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 7-10 dərəcə isti olacaq.
Milli.Az