İbrahim Tatlısəs: "Sonunda insanlıq öldü..." - FOTO

11 Sentyabr 2015 20:43

Son həftədə Türkiyədə baş verən terror hadisələrinə müğənni İbrahim Tatlısəs də laqeyd qalmayıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İnstaqramda uşaq fotosu paylaşan İbo yazıb:

"Bu öldü, türk idi... O öldü, kürd idi, o biri ələvi idi, biri sünni idi, solçuydu, sağçıydı, rəngi qara idi, ağ idi... Belə deyərək ölümlərə don geyindirərkən ən sonunda insanlıq öldü..."

Milli.Az