"Qarabağ" təsdiqlədi, qaldı təqdimatı

12 Fevral 2011 09:38
Azerisport.az xəbər verir ki, klubun rəsmi saytı həmyerlimizin keçmiş komandasına dönüşünü bəyan edib.
 
Açıqlamada bildirilir ki, Sadıqov "Qarabağ"ı avrokuboklarda yeni zirvələrə daşımaq üçün yenidən doğma klubunun şərəfini qoruyacaq. Lakin tərəflərin neçə illik anlaşma əldə etdikləri barədə məlumat verilmir.
 
Əvəzində Rəşad Sadıqovun yenidən "Qarabağ"a dönüşü ilə bağlı olaraq fevralın 15-də futbolçuyla klub rəhbərliyinin jurnalistlər üçün mətbuat konfransı keçirəcəyi bildirilir.

Milli.Az