Qaçqın adı altında dörd mindən çox İŞİD döyüşçüsü Avropa ölkələrinə daxil olub. Bu barədə "Sunday Exspress" xəbər verir. Məlumata görə, hazırda Avropa İttifaqı ölkələri ərazisində dörd mindən çox İŞİD yaraqlısı var və onların məqsədi Suriyada İŞİD-ə endirilən hava zərbələrinin intiqamını almaqdır. Qəzetin verdiyi məlumata görə, bu dəfə İŞİD-çilər mülki şəxslərlə deyil, birbaşa hökumətlərlə savaşacaq. Terrorçuların Türkiyədən Avropaya keçən qaçqınlara qoşularaq Avropaya gəldiyi ehtimal olunur.
Xəbərin nə dərəcədə doğru olub-olmadığını söyləmək çətindir. Amma bu variant istisna deyil. Qərbin, xüsusilə də Avropanın "istehsal etdiyi" İŞİD terrorçularının özü üçün təhlükə ola biləcəyini yəqin ki, avropalılar düşünməmiş deyil. Lakin hər gün yüzlərlə insanın münaqişə ocaqlarından Avropaya axın etməsinin qarşısı alına bilmir. Yaxın Şərqdə süni şəkildə yaradılan münaqişə ocaqlarından insanların axın yerinin "daha təhlükəsiz yer olan" Avropa olması labüd haldır. Çünki Suriyanın qonşusu olan İraq və Türkiyədə də münqişə alovlarının gücləndirilməsi həmin ərazilərdə yaşayan insanlar üçün qapıları bağlamış olur. Odur ki, bu gün Avropanın qaçqın böhranı yaşaması təbii haldır. Necə deyərlər, "nə tökərsən aşına, o da çıxar qaşığına".
İŞİD terrorçularının qaçqın axını ilə Avropaya keşməsi də istisna deyil. Çünki əvvəl sadəcə terror təşkilatı olaraq formalaşan İŞİD bu gün dövlət qurmaq iddiasındadır. Təbii ki, bu "dövlətin" təhlükəsizliyini təmin etmək üçün Avropa və Qərbə qulaqburması vermək vacib amilə çevrilib. Görünən odur ki, bir müddət sonra təhlükəsiz ərazilərin də qısamüddətli olsa da təhlükəli zonaya çevriləcəyi istisna olunmur.
Burada başqa bir versiya da irəli sürülür. Qaçqın axınının qarşısını almaq üçün Avropa İŞİD versiyasından istifadə edə bilər. "Avropanı da təhlükəli zonaya çevirmək" ideyası ilə münaqişə ocaqlarından gələnləri fiziki cəhətdən məhvetmə planı işə düşə bilər.
P.S. Avropaya gələn miqrant gəmilərinin tez-tez batması buna əyani misaldır. Ən acınacaqlısı isə suya tökülən körpə cəsədlərinə baxıb "timsah göz yaşları" tökmək qədər asan başa gələn bu versiya Avropa və onun başında duranlar üçün çətin deyil.
islam.az