Rəşad Sadıqov rəsmən "Qarabağ"da!

12 Fevral 2011 00:42

Azərbaycan millisinin kapitanı, "Qarabağ"ın Avrokuboklardakı uğurlarında özünəməxsus rol oynayan, "Rusenborq"un qapısına əsrarəngiz qol vurmaqla yaddaşlara həkk olan, XXI əsrdə Azərbaycanın ən yaxşı futbolçusu sayılan Rəşad Sadıqov yenidən doğma klubuna qayıtdı.

Milli.Az xəbər portalı klubun saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun klubunun "Eskişehirspor"la məsələsi həll olundu və o, artıq "Qarabağ"ın futbolçusudur.

R.Sadıqov "Qarabağ"ı Avrokuboklarda yeni zirvələrə daşımaq üçün yenidən doğma klubunun şərəfini qoruyacaq.

Rəşad Sadıqovun yenidən "Qarabağ"a dönüşü ilə bağlı olaraq fevralın 15-də Rəşadın və klub rəhbərliyinin iştirakıyla mətbuat konfransı keçiriləcək.

Milli.Az