Zaur xanımını belə təbrik etdi: "Mənə dünyanı bəxş edən qadın" - FOTO

7 Sentyabr 2015 10:47

Zaur Baxşəliyev həyat yoldaşını təbrik edib. 

Milli.Az xəbər verir ki, bu gün tanınmış aparıcı Günay Baxşəliyevanın doğum günüdü. Bu münasibətlə Zaur öz xanımını sosial şəbəkədə təbrk edib. 

O, Günay və qızı ilə şəkilini paylşaraq bu sözləri yazıb:

"Nə yaxşı ki, varsan. Həyatımda heç vaxt ağlıma gətirə bilməzdim ki, mənimlə kimsə yola gedə və dözə bilər. 

Mənə dünyanı bəxş edən qadın, nə yaxşı ki, doğuldun. Sizə baxanda içimdə dərindən bir nəfəs almaq gəlir, içim dolur. Həmişə mənimlə qalın. Əmsalım! 

Doğum günün mübarək!" - Zaur deyib. 

Cavan
Milli.Az