Qəzəblənmiş futbolçu hakimdən «fit»i udmasını tələb etdi

11 Fevral 2011 18:36
Milli.Az xəbər portalının "İnterfaks"a istinadən verdiyi məlumata görə, hadisə İtaliyanın aşağı divizionlarından birində keçirilən "Albereta-72" - "Sankat" qarşılaşmasında baş verib. Hakimi təhqir edən "Sankat"ın futbolçusu Adrea Bondi qırmızı vərəqə alıb. Bu, Bondini o qədər qəzəbləndirib ki, futbolçu hakimin boğazından yapışıb və "fit"i onun ağzına soxub. Bondi hakimdən "fit"i udmasını tələb etsə də, xoşbəxtlikdən buna nail ola bilməyib.

İndi futbolçu düz 20 oyunda meydana çıxa bilməyəcək...

Milli.Az