Bakıda keyfiyyətsiz bint istehsal edən sex aşkarlandı
11 Fevral 2011 15:38
Bakının Yasamal rayonunda keyfiyyətsiz bint istehsal edən sex aşkarlanıb. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Mətləb Cəfərov ölçüləri standarta uyğun gəlməyən keyfiyyətsiz, sterilizə olunmayan 3000 ədəd tibbi bintləri satarkən tutulub. Sexə baxış zamanı 4 dəzgah, 3 rulon tənzif, 2000 etiket və 4000 hazır bint aşkar edilib. Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq aparılır.
Anar Məmmədov
Milli.Az