Əməliyyat olunan "Fəlakət": "Qəfildən ağrı tutdu" - YENİLƏNİB - FOTO

3 Sentyabr 2015 12:30

12:30

"Bozbash pictures"in aktyoru, Fəlakət obrazını canlandıran Elşən Orucov səhhətindən danışıb. 

Axşam.az-a açıqlama verən aktyor appendisitdən əməliyyat olunduğunu bildirib:

"İsmayıllıda çəkilişdə idik. Qəfildən ağrı tutdu. Xəstəxanaya aparılıb, müayinə olundum. Sonra təcili tibbi yardım avtomobili ilə Bakıya gətirildim. Appendisitdən əməliyyat olundum. Hazırda vəziyyətim yaxşıdır. Özümü yaxşı hiss edirəm. Xəstəxanadan nə vaxt çıxacağımı həkimlər hələ deməyib".

Qeyd edək ki, E.Orucovun səhhəti "Axırıncı yol" filminin çəkilişi zamanı pisləşib.

-----------

10:07

"Bozbash Pictures"in məşhur siması xəstəxanaya düşüb.

Ötən gün xəbər veridiyimiz kimi, "Bozbash Pictures" məşhur siması Elşən Orucov (Fəlakət) xəsətxanalıq olub. 

Milli.Az xəbər verir ki, "Axırıncı yol" adlanan kinokomediyanın İsmayıllı rayonunda baş tutan çəkilişi zamanı Elşən Orucovu kəskin sancılar tutb, hadisə yerinə təcili tibbi yardım çağırılıb və aktyor xəstəxanaya aparılıb. 

Xəstəxanada aktyoru dost-tanışları ziyarətə gəlib, onların arasında aparıcı Afaq Gəncəli də olub. Aparıcı "Fəlakət"lə şəkilini paylaşaraq, "Elşən yaxşıdı, narahat olmayın" deyib. 

Cavan
Milli.Az