Daha bir məşhur cütlük nişanlandı - FOTOSESSİYA

2 Sentyabr 2015 14:03

Məşhur aktrisa Burcu Kara bir müddətdir birlikdə olduğu sevgilisi Fırat Parlaqla nişanlanıb. 

Qafqazinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən həftə 150 min lirəlik üzüyü ilə diqqət çəkən aktrisanın nişanı avqustun 29-u baş tutub. Nişandan şəkilləri cütlüyün dostları sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, bir çox məşhur markanın reklamlarını çəkən Fırat Parlaq eyni zamanda illərdir Tolga Çevikin "Arkadaşım xoş gəldin" və "Komedi Dükkanı" proqramlarında rejissorluq edir.

Milli.Az