Xalq artisti sirr açdı: "O xəbəri ilk dəfə ona mən vermişdim"

30 Avqust 2015 20:11

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayev hesab edir ki, sənətdə uğur qazanmaq üçün mütləq əziyyət çəkməlisən.

Milli.Az xəbər verir ki, publika.az-a danışan aktyor özünün də həyat və sənət yolunun hamar olmadığını deyib:
 
"Əgər bu sənətdə əziyyət çəkirsənsə, demək ki, əziyyətin bada getməyəcək. Çünki istedadla bərabər zəhmət də vacibdir. Heyif ki, aktyor bəzən bu uğura çox gec nail olur. O vaxt ki, artıq həmin uğurlardan ləzzət ala bilmir. Böyük aktyorumuz Yusif Vəliyevlə yaxın qonşu olmuşuq, eyni zamanda bir teatrda çiyin-çiyinə işləmişik. Ona xalq artisti adı veriləndə çox yaşlı idi, həm də xəstə. O xəbəri ilk dəfə ona mən vermişdim, özü də avtobusda. Heç sevinməmişdi də. Əslində, böyük aktyorlar heç vaxt ad uğrunda mübarizə aparmayıblar. Çünki onlar xalqın sevgisini əbədi qazanmış insanlardır".
 

Milli.Az