Balinanın dəfninə 10 mindən artıq adam toplaşdı

24 Fevral 2010 14:30
Milli.Az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, balinanın cəsədi fevralın 21-də dəniz sahilindən təxminən 40 kilometr aralıda aşkar edilib. Onun sahilə çıxarılması üçün bir neçə gün ərzində onlarla balıqcı "tər töküb". "Dəfn" mərasiminə toplaşanlar balığın xatirəsinə məşəllər yandırıb, onun basdırıldığı yerdə isə məbədin ucaldılması qərara alınıb.

Qeyd edək ki, vyetnamlı balıqçıların inancına görə, balina müqəddəs canlıdır. İnanca görə, onun dirisi və ya ölüsü ilə rastlaşmaq insanlara xoşbəxtlik gətirir.

Milli.Az