Hamilə qalmaq istəyənlərə çarə olacaq

27 Avqust 2015 16:06

Milli.Az lent.az-a bildirir ki, xəstələrə və əsasən arıqlamaq istəyənlərə həm faydalı həm də xərcsiz bir həll yolu kimi görünən soğan suyu çox insanın seçimi olub.

Soğan suyu miyoma, polikistoz over sindromu, xoşxassəli prostat böyüməsi, tük çevrilməsi, hamilə qalma, menopauza kimi xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilən bitki mənşəli üsuldur.
Soğan evdə istifadə etdiyimiz tərəvəz olmaqla yanaşı, tərkibindəki B, C və A vitamini, yod, silis, fosfor, kükürd kimi maddələr, antibiotik funksiyası yerinə yetirən tərkiblər və həzmi rahatlaşdıran fermentlərə malik olan şəfalı bir tərəvəzdir.
Soğan yeyilən ölkələrdə xərçəng riskinin az olduğu təsbit edilib. Evinizdə hazırlaya biləcəyiniz soğan suyunu 15 gün boyunca şəfa qaynağı olaraq istifadə edə bilərsiz.
 
Soğan suyu necə hazırlanır?
Kürünü hazırlamaq üçün bir ədəd qəhvərəngi soğan və iki stəkan xlorsuz su götürün. Qırmızı, bənövşəyi qabıqlı soğan seçməyin. Bunların təsiri olmur. Soğanı yuyub sirkəli suda bir az saxlayın. Suyu qazana əlavə edib qaynadın. Qaynadıqdan sonra quru soğanı elə qabıqlı dörd hissəyə bölüb suya qatın. 5 dəqiqə qaynadıb götürün, ilıqladın.
 
Soğan suyunun faydaları nələrdir?
Qadınlarda meydana gələn şokolad kistası ( endometriozis ) və miyoma yaranmasına qarşı müalicəvi təsiri var
Polikistoz over sindromunun müalicəsində faydalıdır
Mensutrasiya pozğunluğunu qaydaya salır
Menopauza şikayətlərini azaldır
Vaginal axıntılarda faydalıdır
Tük qatlanmalarında faydalıdır
Hamilə qalmaq istəyənlərə çarə olacaq
Həzmi tənzimləyir
Dəridə çıxan sızanaqlara müalicəvi təsiri var
Tərkibindəki sulfoid sayəsində antibiotik xüsusiyyəti var İmmunitet sistemini gücləndirir
Bədəndə meydana gələn yağlanmanı azaldır, arıqlamağa kömək edir
Stress yox edən, bəlğəm dağıdıcı keyfiyyəti var
Prostat iltihablarını azaldır
Çiy soğan yemək yemək sonrası qandakı ümumi qliserit səviyyəsini aşağı salır
Sinuzit probleminin qarşısını alır.
 
Soğan suyunun faydasına tam nail olmaq üçün ən az ayda 15 gün içilməlidir. Hazırlanmış suyu ilıq olaraq için. Günorta və axşam yeməklərindən on dəqiqə əvvəl bir stəkan için. Soğan qabığının quru və təzə olması vacibdir.
 
Polikistoz over xərçəngi, kişilərdə xoşxasəli prostat xərçəngi varsa, ildə iki dəfə həftəlik soğan suyu içmək məsləhət görülür. Cinsi problemlərin ən mükəmməl həllidir.
 
Tük qatlanması probleminiz varsa, bir ədəd ortaboy soğanı sobada isidib dayana biləcəyi istiliyə gətirib həmin problemli bölgədə 25 dəqiqə saxlayın. Sonra gül suyu ilə həmin bölgəni təmizləyin. Həftədə 4 dəfə edin.
 
Hamilə qalmaq istəyənlər də qorxmadan soğan suyu içə bilərlər. Aybaşı bitəndən sonra 7 gün içində içilməlidir. İkinci aybaşını görmədən 10 gün əvvəl yenidən 5 gün və ya 7 gün için. Bitəndən sonra əncir qurusuna başlayın.

Milli.Az