İstəsəniz də, siqaret çəkməyi tərgidə bilmirsiniz və bundan şikayətlənirsinizsə, siqaretin təsirlərini azaltmaq üçün etməniz lazım olanları öyrənin.
Milli.Az lent.az-a istinadən bununla bağlı bəzi məsləhətlər təqdim edir.
- Mütəmadi olaraq siqaret tüstüsünə məruz qaldığınız üçün təmiz havaya ehtiyacınız var. Bol-bol təmiz hava alın.
- Qapalı məkanlarda siqaret çəkməməyə çalışın. Bunu etsəniz, sonra mütləq təmiz havaya çıxın.
- Fürsət olduqca oksigeni bol olan məkanlarda - parklarda, bağçalarda, meşələrdə vaxt keçirin. Daha doğru və düzgün nəfəs ala bilmək üçün fərqli nəfəs texnikalarını təcrübədən keçirin.
- Xüsusən də mütəmadi olaraq C vitamini və beta karoten tərkibli qidalar (limon, portağal, brokoli, kivi, düyü, pomidor və s.) yeməniz məsləhətdir. Tez-tez qatıq, süd, ayran kimi qidalar da yeyin.
- Qan dövranınızı tezləşdirməyə çalışın. Çünki siqaretin ən böyük zərərlərindən biri qan dövranına təsir etməsidir.
- Səhərlər soyuq duş alın.
- Gün ərzində kiçik idman hərəkətləri edin, fürsət tapdıqca piyada yeriyin. Həftədə iki dəfə idman edə bilsəniz, yaxşı olar.
Siqareti azaltmağa çalışın. Bunun üçün nə etməlisiniz?
Kafeinli içkilərin qəbulunu azaldın.
İdmana başlayın. İdman etdikdə özünüzü daha sağlam, daha gümrah hiss edəcəksiniz. Bundan başqa idman edən zaman endorfin hormonu ifraz olunur və xoşbəxtlik səviyyəsi artır.
Xüsusən gecə yatmazdan əvvəl və səhər oyanan kimi çəkilən ilk siqaret çox zərərlidir.
Səhər oyanandan ən azı iki saat sonra siqaret çəkə bilərsiniz və gecə yatmazdan öncə siqaret çəkməyə son qoyun.
Milli.Az