Rusiya «Prado» istehsalına başlayır – FOTO

10 Fevral 2011 15:56
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, "Toyota" artıq gələn ildən Rusiyada yeni avtomobil zavodu açmağı planlaşdırır. Vladivostokda yaradılacaq zavodda... "Toyota Land Cruiser Prado" istehsal olunacaq.
Bu işdə "Toyota"ya "Sollers" şirkəti tərəfdaşlıq edəcək. Sonuncu hazırda Rusiyada Cənubi Koreyanın "SsangYong" avtomobillərinin istehsalı ilə məşğuldur. İlkin mərhələdə "Prado"nun da eyni zavodda hazırlanacağı bildirilir.

Milli.Az