Elzanın qızı və "Titanik"dəki səhnələr - FOTOSESSİYA

22 Avqust 2015 12:32

Əməkdar artist Elza Seyidcahanın avqustun 20-də xına mərasimi olan qızı Gülşən nişanlısı ilə fotosessiyaya çəkilib.

Axşam.az-ın məlumatına görə, cütlüyün şəkillərini türkiyəli fotoqraf Cihan Deveci çəkib. Gülşənin saç düzümü və makiyajını isə Anar Ağakişiyev edib. 

E.Seyidcahan açıqlamasında çox xoşbəxt olduğunu deyib: 

"Xoşbəxtəm ki, gəlinim də, kürəkənim də gözəl övladlarıma layiqdirlər". 

Qeyd edək ki, Gülşən Elxan Əlisatov adlı fotoqrafla ailə qurur. Cütlüyün toyu avqustun 24-də baş tutacaq.

Milli.Az