Bakıda toyda döyülən aktyorla bağlı maraqlı TƏFƏRRÜAT - FOTO

20 Avqust 2015 12:38

ODA Teatrının bədii rəhbəri Elmin Bədəlovun Bakıda dəvət aldığı toyda döyülməsinin təfərrüatı məlum olub. Emin adlı oxucu Milli.Az-a yazır ki, hadisə avqust ayının 7-də, aktyor, rejissor Orxan Bahadırsoyun toyunda baş verib. 

Oxucu yazır ki, həmin döyülən aktyorlar - ODA Teatrının kollektivi - toyda özlərini apara bilmirdilər. Toyda çoxlu incəsənət adamları - aktyorlar, aktrisalar, müğənnilər, yazıçılar, jurnalistlər olsa da, əksəriyyət cənub bölgəsinin camaatı idi. Elə bir məclisə həm şortiklə gəlib, həm də lirik musiqi ilə erotik rəqs edirdilər. Buna görə də bəyin qohumları onlara dəfələrlə hücum çəkdilər. Bəy özü - yəni Orxan Bahadırsoy toyda öz qohumlarının yox, o aktyorların tərəfini tutdu. Çünki elə Orxan Bahadırsoy da Elmin Bədəlov kimi Avropanın əxlaqsızlığını burada təbliğ edən adamlardan biridir. Onun toyu dava-dalaşla dolu idi. Ən birinci davanı elə özü saldı. Toy təzə başlamışdı ki, bir də gördük bəy-gəlin kürsüsündə səs-küy qopdu. Orxan Bahadırsoy bakalı, stulu çırpıb kürsüdən getdi. Sonra təkrar geri qaytardılar. Ardınca ODA teatrının aktyorlarına şortikə görə hücum çəkdilər. Ondan sonra da Elmin Bədəlov o fransız aktrisa ilə erotik rəqs etdi deyə onları döydülər". 

"ODA teatrının əməkdaşları özlərini haqlı çıxarmağa çalışırlar, Orxan Bahadırsoyun adı isə heç çəkilmir. Çünki Orxan o kollektivə özü tapşırıb ki, onun adını hallandırmasınlar. Nüfuzunu itirməkdən qorxur.  Adama deyərlər, sən fahişələrdən, geylərdən roman yazmağı, Qız Qalasında lüt şəkil çəkdirən adamın arxasını tərifləməyi, porno hekayələr, azad sekslə bağlı köşə yazıları yazmağı ayıb hesab etmirsən, amma toyunda düşən davanın yayılması ayıbdır? Toya dəvət olunan adamlar da elə Orxanla eyni əqidənin sahibləri idilər. Bu həmin Elmin Bədəlovdur ki, güya İsa Şahmarlının (intihar edən geyin) anısına jurnalist Cavid Abdullayevlə videoçarx hazırlamışdı və o videoda öpüşürdülər. İndi də 18+ tamaşa qoyublar. Bunların axırı hara gedir?" - deyə məktubda deyilir. 

Gülər

Milli.Az

Fotoda: aktyor Orxan Bahadırsoy