Ötən gecə Şəmkir rayonunun Abbaslı kəndində qətl hadisəsi baş verib. Rayon prokurorluğundan Kəpəz TV-yə verilən məlumata görə, Abbaslı kənd sakini, 24 yaşlı Məzahim İsgəndərov mübahisə zəminində Aşağı Seyfəli kənd sakini, 22 yaşlı Rasim Qəmbərlini bıçaqlayıb. Sonuncu aldığı bıçaq zərbəsindən sonra hadisə yerindəcə dünyasını dəyişib. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Məzahim İsgəndərov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az