Lalə Məmmədova: «Ən böyük hədiyyəm xoşbəxt ailəmdir» - FOTO
24 Fevral 2010 10:48
Bəzi həmkarlarından fərqli olaraq, yaşını gizlətməyə çalışmayan ifaçı Trend Life-a açıqlamasında deyib: "Düşünürəm ki, yaş hər bir qadının bəzəyidir. Bu gün mən həm yaradıcılıq, həm də şəxsi həyat baxımından xoşbəxtəm. Yaşımla fəxr edirəm və bunu söz xətrinə demirəm".
"Hər il ad günümü paytaxt restoranlarından birində təmtəraqla keçirmişik. Amma düşünürəm ki, ad günü dostlar və yaxınlarla görüş üçün bəhanə olmamalıdır. Gəlin sizə bir sirr açım: səhər qızım mənə dedi ki, evimizdə çoxlu uşağın olmasını istəyir. Ona görə də bütün qonaqlardan uşaqlarını da gətirmələrini istədim. Hədiyyəyə gəlincə, mənim Allahımdan ən böyük hədiyyəm xoşbəxt ailəmdir".
İfaçı ilk təbrik və hədiyyəni həyat yoldaşı və baş prodüsseri olan İlhamdan aldığını da söyləyib.