Elməddin 5 həmkarını serialdan uzaqlaşdırdı

7 Avqust 2015 15:55

Aktyor Elməddin Cəfərov ATV-də yayımlanan "Bacanaqlar" serialının yeni mövsümdə fərqli formada təqdim ediləcəyini bildirib. 

Axşam.az-a açıqlama verən aktyor bəzi aktyorların ekran işindən uzaqlaşdırıldığını deyib:

"Ramazan ayında istirahətə getdik. İyulun 15-dən isə yenidən iş başındayıq. "Bacanaqlar" serialı tamamilə dəyişib. Bircə adını saxladıq, bütün ssenari dəyişib. Əvvəlki Abbas (Ənvər Abbasov), Nataşa (Xəyalə Abbasova), Dilbər (Vüsalə Əlizadə), Xansuvar (Tərlan Nur-Yaşar), Mətləb (Şükran Soltanov) obrazlarını canlandıran aktyorlar uzaqlaşdırılıb. "Qız atası" serialımız olduğu kimi qalır. Yeni mövsümdə üçüncü serialımız başlayır. O da komediya janrındadır. ATV-də yayımlanacaq, maraqlıdır".

E.Cəfərov film təkliflərindən imtina etməsinin səbəbini də açıqlayıb:

"Hədsiz çox film təklifləri alıram. İmtina edirəm. Həqiqi bədii filmə çəkilmək istəyirəm. Video filmlər olmaz. Özüm heç vaxt film çəkmərəm. Çünki bu sahədə rəqabət yoxdur. Rejissorlar özləri-özləri ilə rəqabətə girirlər".