Təhsil naziri: “Əksər rayonlarda peşə məktəblərinin əraziləri zəbt edilib”

8 Fevral 2011 13:52
APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, bununla bağlı müvafiq qurumlara müraciətlər edilib.

Nazir onu da əlavə edib ki, orta məktəblərdə müəllimlərə 24 saatdan çox dərs deməyə imkan verilməyəcək. Bununla bağlı artıq yerlərə əmr göndərilib: "Məktəbdə dərs deyən müəllimlər narahat olmasınlar, işlərini davam etdirsinlər. 24 saatdan çox dərs deyən müəllimlər müvafiq əmək haqqını alacaqlar".

Milli.Az