Diş ağrısını kəsən ən təsirli təbii üsullar

5 Avqust 2015 17:03

Diş ağrısı müxtəlif səbəblərdən baş verə bilər. Səbəbindən asılı olmayaraq, həkimə müraciət edənə kimi ağrının qarşını təbii üsullarla ala bilərsiniz. Necə?

Publika.az diş ağrısını dərhal kəsən təbii vasitələri araşdırıb:
 
Mixək və ya mixək yağı: Mixək yağını ağrıyan dişin ətrafına çəkin. Mixəyi dişlərin arasına qoyub sıxmaq da faydalıdır.
 
Sarımsaq: Ağrıyan dişin üzərinə qoyun. Sarımsaq bakteriyaları məhv edərək diş ağrısını azaldacaq.
 
Sarıkök: Bu ədviyyatı su ilə qarışdırıb məcun halına salın. Ağrıyan dişin üzərinə çəkin.
 
Çörəkotu: Dişlərin arasına qoyaraq sıxın. Qısa zamanda ağrını aradan qaldıracaq.
 
İstiot: Qara istiot da diş ağrısını kəsən təbii vasitələrdən biridir. Dişin üzərinə səpib gözləyin.
 
Qeyd edək ki, bu vasitələrdən istifadə etməzdən öncə dişlərinizi fırçalayıb ağzınızı qarqara etməlisiniz.

Milli.Az