Fevralın 8-nə olan hava proqnozu
8 Fevral 2011 02:00
Milli.Az xəbər portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək.
Milli.Az