"YouTube" tərtibatçıları doğma dilində onun servislərindən istifadə edən auditoriyanın artırılması üzərində işləməkdə davam edir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Google" şirkətində məşhur olan videohostinq ilk illərdən etibarən çoxdillidir və bu gün şirkət siyahıya Azərbaycan dili də daxil olmaqla 15 dil əlavə edib. Beləliklə, servis artıq 76 dildə fəaliyyət göstərir. "YouTube"dan verilən məlumata əsasən, servis bütün internet istifadəçilərinin 95%-ni əhatə edir.
Dəyişikliklər hələlik yalnız dil və interfeyslə bağlıdır. İstənilən dili vebsəhifənin sol kolontitulunda "Language" siyahısından seçmək mümkündür.
Milli.Az