Mirkamil Kamilov: "Sənəti atmaq istəyirdim"

29 İyul 2015 15:24

Müğənni Mirkamil Kamilov şou-biznesi pisləyib:

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Star life"a açıqlamasında sənətdən uzaqlaşmaq istəməsinin səbəbindən danışıb:

"Sənəti atmaq istəyirdim. Hətta deyirdim, gedib xarici ölkədə ofisiant işləyəcəm. Sənət gözəldir, amma pərdəarxası məqamlar var. Tamaşaçı o sünilikləri, yalançı şirinlikləri görmür. Girib studiyada mahnı oxuyursan, sabah gəlirsən ki, silinib. Axı o mahnını ikinci dəfə eyni həvəslə oxumaq olmur. İnsan bezir. Sonra fikrimi dəyişdim. Yeniliklər edirəm. Müğənnilik dərin sənətdir. Çoxları oxumağı bacarmır. Elə mən də... Özümü bəyənmirəm. Hər oxuduğumda yüzdən çox səhv tapıram".

Milli.Az