Bit və sirkə üçün "PEDEKS" məhlulu

29 İyul 2015 11:20

BİZƏ DOST - BİTƏ DÜŞMƏN!

Bitlilik - parazitlər tərəfindən törədilir. İnsan dərisində 3 növ bit parazitlik edir: başda, paltarda, qasıq nahiyəsində müşahidə olunur.
1. Baş biti - Pediculus humanus var. capitis
2. Bədən biti - Pediculus humanus var. corporis
3. Qasıq biti - Phthirus Pubis
Başda məskən salan bitlər bir aylıq həyatı ərzində 150 yumurta qoyur, həmin yumurtalar spesifik maddə ilə tüklərə yapışır. 5-8 gündən sonra yumurtalar bitlərə çevrilir. Onların dərini dişləməsi nəticəsində qaşınma baş qaldırır. Bu zaman tüklər bir-birinə yapışır və pis iy verir. Sirkə deyilən yumurtaları görmək bitin özünü görməkdən daha asandır və ümumiyyətlə boyuna yaxın, qulaqların arxasında və başın arxasında saç tellərinə yapışmış halda olurlar. Saç biti insan bədəni xaricində yalnız 48 saat yaşaya bilər və ev heyvanlarının üstündə yaşaya bilmir. Sirkə isə insan bədəni xaricində parça və adyal üzərində 10-15 gün ölmədən yaşaya bilər. Qasıq bitləri isə ən çox qasığın dərisində və budların iç səthində olur. İnsanda baş bitinə nisbətən qasıq bitinə daha az rast gəlinir. İnsanda paltar və baş bitlərinin parazitlik etməsi pedikulyoz, qasıq bitləri ilə yoluxma ftiriaz adlanır. Qasıq biti yalnız parazitlik edir, keçirici deyildir. Digər bitlər isə səpgili yatalağın, spiroxetozun keçiriciləridir.

Beləliklə, bitlilik xəstəliyi daha çox əhalinin sıx olduğu, eləcə də uşaq kollektivlərində bir-birinin papaqlarından, paltarlarından, yataq dəstindən istifadə etdikdə, eləcə də təmizliyə, gigiyenik qaydalara riayət etmədikdə baş verir.

Bit əleyhinə ideal müalicə necə olmalıdır?
- Tək dəfə ilə tez müddətdə təsir göstərməlidir.
- Gözəl qoxulu, saçları dolaşdırmayan, daramağı çətinləşdirməyən, ətrafa səpilməyən, rəngli saçlarda problem yaratmayan xüsusiyyətlərə sahib olmalıdır.
- Bitlərin saça yenidən qayıtmasına mane olmalıdır.
- Yalnız bitləri deyil, sirkələri də yox etməlidir.
- İstifadəçi tərəfindən yaxşı qəbul edilməli, əks təsirləri olmamalıdır.
- İstifadəçiyə toksiki təsiri olmamalıdır.
 

Saç biti müalicəsində həm bitləri, həm də yumurtaları məhv etmək və təkrar qayıtmasının qabağını almaq lazımdır. Müxtəlif formalarda bir çox bit öldürən dərmanlar var, lakin bunlar hamısı bit müalicəsində istənilən effekti vermir.

Müasir dövrdə permetrin tərkibli bit əleyhinə vasitələr qoruyucu xüsusiyyəti, istifadəsinin asanlığı, əks təsirlərinin az olması və etibarlı olması səbəbiylə ən çox seçilən dərmanlardandır.

Pedeks məhlulu xaricə tətbiq etmək üçün permetrin tərkibli bit əleyhinə vasitədir. Pedeks məhlulunun saç biti əleyhinə effektivliyi klinik testlərlə təsdiq olunmuşdur: Pedeks məhlulu bitləri bütün inkişaf mərhələsində (baş bitinin saça yapışmış sirkələrini də) məhv edir. Pedeks məhlulu eləcə də, bədən və qasıq nahiyəsində olan bitlərə də insektisid təsir göstərir.

İstifadə qaydası: Tükün dibləri Pedeks məhlulu ilə isladılır. Preparatı saçın qalınlığından asılı olaraq 25-50 ml istifadə etmək lazımdır. Bundan sonra başı 40 dəq. ərzində bağlı saxlamaq, sonra isə ilıq su və şampunla yumaq lazımdır. Yuduqdan sonra saçı xırda dişli daraqla daramaq lazımdır.

Sifariş üçün *7700 nömrəsinə və ya aptekonline.az səhifəsinə müraciət edə bilərsiniz.