Demodeks - dərialtı gənələrin Permetrin məlhəmlə müalicəsi

28 İyul 2015 13:04

Demodekoz - üz dərisini zədələyən dəri xəstəliyidir. Demodekoz xəstəliyini insanların piy vəzilərində və saç follikullarında yaşayan mikroskopik demodeks gənələri törədir.

Demodeks gənələri bütün dünyada geniş yayılmış parazitlərdir. Hal-hazırda bu gənələrin 65 müxtəlif növü öyrənilib. Bu gənələr insanda heç də xoşagəlməyən demodekoz xəstəliyini törədir. Hər bir növ demodekozun özünəməxsus forma və xarakteristikası var. Demodekoz təmas-kontakt yolu ilə keçir. Demodekoz zamanı üz və baş dərisi qızarır, qaşıntı yaranır, saçlar və kirpiyin tükləri tökülür. Gözlərdə yorğunluq, qıcıqlanma, gözə "tökülən qum" hissiyyatı əmələ gəlir. Demodekoz gənələri xüsusilə gecələr dəri səthinə çıxır. Onlar qaranlıq və isti mühiti çox sevir. Gənələr bir neçə həftə yaşayır, tük follikullarının və ya piy vəzilərinin dərinliklərində yumurta qoyurlar. 3-4 gün ərzində yumurtadan yeni gənəciklər çıxır və 7 gün ərzində onlar böyüyüb yetkin gənəyə çevrilirlər. Gənənin bir inkişaf tsikli bir sahibin bədənində gedir. Bir nəslin ömrü 14 gündür". 
Demodeksin həddən artıq çoxalmasına zəmin yaradan faktorlara zəifləmiş immunitet sistemi, mədə-bağırsaq sisteminin xroniki xəstəlikləri, endokrin sistemin xəstəlikləri, hepatit daxildir. Bundan əlavə, dərmanların, hormon tərkibli kosmetikanın uzun müddətli və qeyri-rasional tətbiqi, həmçinin qeyri-rasional qida, artıq miqdarda qara kofe, alkoqol, istiotlu yeməklər xəstəliyə təkan verə bilər. Xəstəliyin yaranması qadınlarda kişilərdən iki dəfə çox təsadüf olunur. 
Demodekozun əsas simptomları bunlardır: insanların üz dərisində məsamələr genişlənir, qırmızı ləkələr əmələ gəlir, dəri həddən artıq yağlanır, qaşınır, səthi nahamar (kələ-kötür) olur, burun ölçüləri böyüyür, rəngi dəyişilir (göyümtül-qırmızı, gavalıya bənzəyir). Kişilərdə üz dərisində gənə olan nahiyələrdə tüklər tökülür. Demodekoz kifayət qədər ciddi və təhlükəli xəstəlikdir və öz-özünə keçib getmir. Xəstəlik uzun müddət davam edərsə, gənələr sinə və kürək nahiyəsinə də yayıla bilər.

Demodekozun müalicəsində istifadə edilən dərman və məlhəmlərin əsas hədəfləri aşağıdakılardır:

1. Dəri yağlarının sintezinin azaldılması

2. Dəri hüceyrələrinin bölünməsini sürətləndirmək

3. Bakterial infeksiyanın azaldılması

4. İltihabi prosesin zəiflədilməsi

5. Tük follikullarında və piy vəzilərində parazitlik edən demodeks gənələrinin məhvi

PERMETRİN məlhəmi məhz demodekozların müalicəsində geniş tətbiq olunan ən unikal vasitədir. PERMETRİN məlhəmi demodekoz xəstəliyinin törədiciləri olan demodeks gənələrini məhv edir. Dəri səthində olan qaşınma və qızartı hissini aradan qaldırır. Dəridə regenerativ prosesləri stimulə edir. Xinifuril antibakterial təsir göstərir. Əsasən qrammüsbət floraya - stafilokokk və streptokokklara təsir göstərir. PERMETRİN məlhəmi həm antiparazitar, həm də antibakterial təsir göstərir.

İstifadə qaydası: Dəri səthi təmizlənilir. Sonra PERMETRİN məlhəmi çəkilir. 8-14 saat saxlanılır. Sonra isə sabunla yuyulur. Prosedura gündə 1 dəfə olmaqla 14 gün müddətində təyin olunur.

Sifariş üçün *7700 nömrəsinə və ya aptekonline.az səhifəsinə müraciət edə bilərsiniz.