Son 15 ildə varikoz müalicəsində əməliyyat yerinə Lazer üsulu müalicəsinə daha çox üstünlük verilir. 1999-ci ildən bəri milyonlarla insana tətbiq olunan üsul həm fəaliyyət, həm təhlükəsizlik, həm də təkrarlamanın az olması nəticəsi ilə əməliyyata bərabər və ya ondan daha yaxşı nəticə verən üsul kimi qeydə alınmışdır. Bu səbəblə Amerika və Avropada varikoz müalicəsində ilk seçilən üsuldur.
Lazer müalicəsi əməliyyatı ağrısız, asan, rahat və təsirlidir. Bu üsul xaricdən görünən varikozlara deyil onu meydana gətirən əsl problemli böyük damara (əksəriyyətlə saphenous toplar damar) tətbiq olunur. Görünən varikozlar ya özbaşına itər ya da itmələrini sürətləndirmək üçün əlavə olaraq köpük müalicəsi tətbiq oluna bilər. Bununla uzun dövrdə varikozun təkrarlamasının qarşısı alınır.
Varikozun müalicəsində lazer üsulu
Lazerlə varikoz müalicəsi ya da radyofrekansla (RF ilə) varikoz müalicəsi təməl olaraq bir-birinə çox bənzəyirlər. Bütün müalicə metodları eynidir.
Yalnız damarı içdən bağlamaq ya da ləğv etmək üçün biri lazer enerjisini, digəri radyofrekans enerjisinin istiliyini istifadə edir. Hər iki üsulda məqsəd o damarı ləğv etməkdir. Lazerlə varikoz müalicəsi eyni zamanda "endovenöz lazer ablasyonu" olaraq da adlandırılır.
Lazerlə varikoz müalicəsinin əməliyyatdan fərqləri nələrdir?
1. Lazerlə varikoz müalicəsində anesteziya ehtiyac yoxdur. Ağrı kəsmək ya da müdaxiləyə dair stress ya da həyəcanı aradan qaldırmaq üçün çox daha sadə üsullar istifadə edilir. Bu məqsədlə yalnız qol damarına dərmanlar tətbiq olunur.
2. Qıçlarda heç bir şəkildə iz qalmır.
3. Xəstəxanada yatışa ehtiyac yoxdur. Xəstələr əməliyyatdan dərhal sonra evə gedə bilərlər.
4. Bütün əməliyyat ultrasonoqrafiya ilə birgə bədənin içindəki damarlar izlənərək edilir.
Lazerlə varikoz müalicəsi ağrılı bir prosesdirmi?
Xeyr, əməliyyat əsnasında lazım olan tədbirlər alınarsa, xəstələrimiz heç ağrı hiss etməz. Normalda əməliyyat əsnasında yüngül ağrılar ola bilər ancaq bu ağrıları tamamilə aradan qaldırmaq və əməliyyatı tamamilə ağrısız hala gətirmək müasir tibbdə son dərəcə asandır.
Lazerlə varikoz müalicəsi nə qədər zaman davam edər?
Prosesin zamanı müalicə ediləcək damar sayına görə dəyişir. Bir tək damarın müalicəsi ən çox 20 dəqiqə alır. Dörd damarın da müalicə edilməsi lazım olarsa, əməliyyat ümumi olaraq təxminən 60 dəqiqə çəkər.
Eyni seansda var olan kapilyar damarlar ya da orta boyda varikozlar də müalicə edilə bilər.
Lazer və RF kimi üsullar varikozun özünə tətbiq edilmir. Varikozu təşkil edən və qapaq çatışmazlığı olan əsl böyük venaya tətbiq olunur. Bu damarlar qıçın ön hissəsində böyük saphenous vena, qıçın arxa hissəsində kiçik saphenous vena ya da bunların budaqlarıdır.
Əsas müalicə olan lazer ya da radyofrekans müalicəsi bitdikdən sonra eyni seansda, varikozların daha sürətli itməsi üçün əlavə olaraq köpük müalicəsi də tətbiq oluna bilər. Köpük müalicəsi böyük varikoz müalicəsində, sadəcə, köməkçi müalicə üsuludur.
Lazerlə varikoz müalicəsində hansı damarlarla aparılır?
Büyük safen venası Küçük safen venası
Varikoz yuxarıda görülən böyük, ya da kiçik saphenous venanın qapaq çatışmazlığı ilə meydana gələr. Bu damarların bütün uzunluğunda ya da bir qisimində qapaq çatışmamazlığı ola bilər. Bəzən bir tək damar, bəzən isə hər iki ayaqdakı ümumi 4 damarda da qapaq çatışmazlığı ola bilər. Lazerlə varikoz müalicəsində əsas qayda damar qapaq çatışmazlığı olan damarın müalicə edilməsidir. Varikozu təşkil edən əsas damar müalicə edildiyində varikoz gələcəkdə təkrarlamaz.
Lazerlə varikoz müalicəsi necə edilir?
Müalicənin ən əhəmiyyətli hissəsi ilk başda ayaqda edilən ultrasəs müayinəsi ilə müalicə ediləcək damarların xəritəsinin çıxarılmasıdır .
• Edilən müalicə əməliyyat deyil. Lazer proseduru olaraq adlandırılır.
• Xəstəni əməliyyat masasına aldığımızda ilk işimiz, presudura bağlı həyəcan, qorxu ya da narahatlıq hissi ola bilər deyə damardan dərman tətbiq edərək sizi rahatlatmaktır.
• Prosedur əsnasında yatmağınıza ehtiyac yoxdur, amma xəstənin istəyi olarsa, istəsəniz, yatızdıra da bilərik
• Ayağın prosedur üçün hazırlığı həyata keçirilir.
• Ultrasəs vasitəsi ilə, bədəndə heç bir kəsik aparılmadan iynə dəliyindən damar içinə girilərək lazer Fiber (plastik incə balon) yerləşdirilir.
• Damar ətrafına xüsusi bir anesteziya tətbiq edilir. Bu anesteziya lazer müalicəsinin daha rahat olmasını və əməliyyat sonrası ağrının azalmasını təmin edir.
• Lazerlə Fiber damarın ləğv ediləcək bütün uzunluğunda tətbiq edilir. Bu uzunluq 30-60 sm arasındadır.
• Qapaq çatmamazlığı olan böyük damar (ümumiyyətlə saphenousvena) lazerlə ləğv edildikdən sonra lazım olsa, əlavə köpük müalicəsi tətbiq olunur.
• Köpük müalicəsi böyük varikoz müalicəsində damar içi lazer üsuluna köməkçi bir müalicədir.
• Hər bir damarın lazer əməliyyatı 20 dəqiqə qədər davam edir. Ümumiyyətlə, bir ilə dörd arasında damar müalicə edilir. Hamısı eyni seansda müalicə edilir. Əlavə olaraq skleroterapi edilsə, müddət buna görə davam edə bilər.
• Ümumi olaraq bir müalicə prosesi 45-60 dəqiqə çəkir.
• Varikoz müalicəsindən sonra ağrı kəsici dərmanlar başgicəllənməsi ola bilər deyə bir az istirahət etməyiniz lazımdır.
• Müalicədən sonra evinizə gedə bilərsiniz.
• Varikoz müalicəsində ayaqla gəlir və müalicədən dərhal sonra ayaq üstə xəstəxanadan ayrılırsınız.
• Amma ağrı kəsici dərmanlar başgicəllənməsi edə biləcəyi üçün 2 saat ərzində avtomobil istifadə etməməyiniz lazımdır. Bu səbəblə yanınızda biri olsa, daha yaxşı olar.
• Kapilyar varikoz müalicəsində ağrı kəsicilər çox daha az istifadə edildiyi üçün müalicə sonrası müddət çox rahatdır.
Burada görünən damar içinə yerləşdirilən lazer Fiberi və kateterdir. Damara içəridən təsir edər və bağlanmasını təmin edər. Beləcə, əməliyyatla çıxarılmasına ehtiyac olmaz.
Lazerlə varikoz müalicəsi o damarın bağlanması və ya ləğv edilməsidir
Lazer Fiber müalicə edilməsi lazım olan vena içərisinə yerləşdirilir. Damarın hansı hissəsi müalicə ediləcəksə, o bölgələrə lazer tətbiq olunur. Bu səbəblə damar içi lazer müalicəsi deyə adlandırılır.
Lazerin enerjisiylə damarın bağlanması.
1. Lazer Fiber damar içinə yerləşdirilir.
2. Yuxarıdan aşağıya doğru yavaş-yavaş çəkilir.
3. Təsir etdiyi yerlərdə damarı bağlamağa başlayır.
4. Prosedur qurtardığı zaman damarın bütün seqmentləri qapadılmışdır. Lazer proseduru qapaq çatışmazlığı səbəbiylə bədənə zərər verən damarı bağlayaraq müalicə etmə əməliyyatıdır.
Varikoz probleminiz varsa, klinikamızın radioloq həkimi Uzm.Dr.Elmar Bayraktarova müraciət edə bilərsiniz.
HB Güven klinik
Ünvan: Atatürk prospekti 3078 Bakı - AZ1108
Tel.: (+994 12) 436 14 96,
Mob. : (+994 50) 766 78 88