Rusiya FHN-də böyuk qalmaqal: qadın zabit qadınla evlənir - VİDEO - FOTO

24 İyul 2015 13:45

Rusiya Fövqəladə Hallar Nazirliyinin Mordoviya Respublikası üzrə idarəsində böyük qalmaqal yaşanır. 27 yaşlı zabit İrina Belova sevdiyi qadının soyadını özünə götürdüyü üçün vəzifəsini tərk edib.

Onun dediyinə görə, insident FHN rəhbərliyini qəzəbləndirib və sonucda zabit qadına işdən öz ərizəsi ilə çıxmaq təklif olunub.

"Sevdiyim qadının soyadını götürmək, sonra da onunla evlənmək qərarını gerçəkləşdirməyə hazırlaşanda bizi problemlərin gözlədiyini bilirdim. Amma problemləri çözəcəyimi düşünürdüm, axı rəhbərliklə yaxşı münasibətlərim vardı. Axı mən əyninə FHN zabiti forması geyinib qoluma LGBT bayrağı vurmaq, formamın şərəf və ləyaqətini aşağılamaq niyyətində deyildim", - İrina Belova deyib.

Milli.Az LifeNews-a istinadən bildirir ki, İrina "sevgilisi", hazırda isə "həyat yoldaşı" Olqa Kislyakova ilə 11 il əvvəl, düşərgələrdən birində istirahət zamanı tanış olub. Həmin görüşədək qızların ikisinin də sevdiyi oğlanlar vardı.

"Görüşən kimi anladıq ki, ilk baxışdan vurulmuşuq. Əvvəllər valideynlərimizin mənzillərində görüşürdük. Lakin sonra belə görüşlər azlıq etdi və birlikdə yaşamağa qərar verdik", - deyən İrina sevdiyi qızı da çalışdığı yerə, Rusiya FHN-in regional idarəsinə işə düzəldib.

Soyadını dəyişmək qərarı spontan olmayıb. Onlar evlənməyi düşünürlər. Rusiyada eynicinsli şəxslər arasında nikahlar yasaqlandığından, İrina və Olqa qeyri-rəsmi nikahlarını Avropa Birliyi ölkələrindən birində leqallaşdırmaq niyyətindədirlər.

Olqa Kislyakovanın valideynləri qızlarının qərarını dəstəkləyiblər və "sənin bəxtəvərliyin bizimçün hər şeydən önəmlidir" deyiblər. İrina Belovanın işi çətindir. Onun valideynləri qızlarının qadına "ərə getməyə" hazırlaşdığını əsla anlamır, qəbul etmirlər.

"Olqanın valideynləri ilə əla münasibətlərim var, onlar mənə ailə təkidir. Buna görə də Olqanın soyadını götürmək qərarına gəldim. Üstəlik, yeni soyadla iş tapmaq mənimçün daha asan olar. Zərbəni öz üzərimə götürmək niyyətindəyəm", - İrina Belova deyib.

FHN rəhbərliyi isə "sevgililəri"n hisslərini "anlayış"la qarşılamaq fikrində deyil. İrina Belova soyadını dəyişmək qərarının səbəbini açıqlayanda ona işdən getmək təklif olunub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото