Mirvariyə bənzəyən soğan

25 İyul 2015 07:00

Milli.Az gilənarla soğan şorabasının hazırlanma qaydasını təqdim edir 

Tərkibi:

(0.5 litrlik iki banka üçün)

1 kq xırda soğan (arpacıq)

1 st təzə, yaxud dondurulmuş gilənar

yarım dəstə cəfəri

10 ədəd mixək 

10 ədəd qara dənəvər istiot

marinad: 

1 l su

4 x.q. şəkər tozu 

2 x.q. duz

Soğanın üstünə qaynar su tökün, sonra dərhal soyuq suya salın. Proseduru təkrar edin (bu, soğanın qabığının asanlıqla çıxması üçündür). Təmizlədikdən sonra başlarını da kəsin, təmiz bankalara yığıb ara-bərədə gilənar səpin. İstiot, mixək və cəfəri də əlavə etməyi unutmayın. 

Marinad üçün gərəkli ərzağı qaynadın. Bankalardakı soğanla gilənarın üstünə tökün. 5 dəqiqə saxlayın. Yenidən marinadı qaytarıb qazana süzün, bir daha qaynadın, yenidən bankalardakı soğanın üstünə tökün. Bankaların qapağını bağlayın, tərs çevirin, büküb bu vəziyyətdə 1 sutka saxlayın. Sonra soyuq yerə qoyun.

Nuş olsun! 

Milli.Az