Azərbaycanlı dizaynerin "Ferrari"dən sonra daha bir uğuru - VİDEO - FOTO

21 İyul 2015 14:44

Azərbaycanlı dizayner Samir Sadıqov "Ford Caspi" avtomobil modelinin yeni görünüşünü təqdim edib. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, konsept avtomobilin hazırlanmasında "Ford Motor Company" çıxış edib.

Xatırladaq ki, Samir Sadıqov 2011-ci ildə "Ferrari Xezri Competizione Edition" layihəsinin "Ferrari World Design Contest" dizayner müsabiqəsində ikinci yeri tutması ilə tanınıb. Bundan başqa, o, "Cadillac C-Ville" və "XTS", "Rodster Beast" və "Aston Martin" avtomobillərinin dizaynını hazırlayıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото