Dünyanın ən sadə, ən qəribə milyarderi - FOTO

20 İyul 2015 13:19

"Zappos" korporasiyasının banisi, şirkəti 1,2 milyard dollara "Amazon.com"a satmış Toni Şeyi dünyanın ən qəribə, sadə və təvazökar milyarderi adlandırırlar.

Milli.Az bildirir ki, milyarder ABŞ-ın Las-Veqas şəhərindəki "Airstream Village" treylerlər parkında "Llamapolis" adlı avtokaravanda yaşayır.

Toni Şey ötən il Nyu-York şəhərindəki elitar çoxmərtəbəli yaşayış kompleksinin 23-cü mərtəbəsindəki lüks mənzilini tərk edib və o vaxtdan bəri treylerdə yaşayır.

Milyarder 2013-cü ildə buraxılmış treyleri 48 min dollara alıb.

Toni Şey treylerində "Marli" adlı alpakası ilə birlikdə yaşayır.
Treylerdə iki televizor, internet də var.

"Pul mənimçün həyatda ən önəmli nəsnə deyil. Şirkətimi sataraq əldə etdiyim vəsaiti yeni layihələrə yatırmışam. Əminəm ki, bu layihələr vasitəsilə milyardlarla dollar dəyərində yeni şirkətlər yaradacağam", - Toni Şey deyib.
 

Milli.Az