Konseptual, universal Audi - FOTOSESSİYA

19 Aprel 2015 20:56
Audi şirkəti maneələri keçmə imkanları artırılmış Prologue Allroad Concept konseptual universalını rəsmi təqdim edib. Növbəti nəsil Allroad modellərinin müjdəçisinin açıq premyerası bir neçə gün sonra Şanxay avtosalonunda nəzərdə tutulub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, əvvəllər xəbər verildiyi kimi Audi Prologue Allroad Concept konsepsiyası alman istehsalçının tamamilə yeni dizayn və üslubda hazırladığı üçüncü modeldir. Prologue Allroad Concept universalı Prologue Coupe və Prologue Avant Concept modelləri ilə birləşəcək. Maşının incə kuzov panelləri altında 734 at güclü hibrid qurğusu yer alıb.

Konseptual Prologue Avant Concept universalından fərqli olaraq təqdim edilən yeni Audi Prologue Allroad Concept yer səthindən ara məsafəsi 77 mm artırılıb və maşın kuzov üçün əlavə sipər, genişləndirilmiş təkər tağları və yan kəndarlar əldə edib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.