Təyyarə sərnişinlərinin ən səfeh xahişləri
5 Fevral 2011 13:40
Sən demə, müxtəlif aviaşirkətlərdə çalışan stüardessalar daim sərnişinlərin maraqlı istəklərilə üzləşirlər... "Barbi" kuklasını massaj etdirmək istəyən kim, itmiş göz linzasının tapılmasında kömək istəyən kim... Amma bunlar yalnız "aysberqin görünəni hissəsi"dir...
Newslite.tv yazır ki, "Virgin Atlantic" şirkətinin əməkdaşları reys zamanı tez-tez sərnişinlərin "pəncərəni aça bilərsminizmi" kimi səfeh sualı ilə qarşılaşırlar. Bəziləri isə pilotun "həddindən artıq səslə işləyən mühərriki söndürməsini" belə xahiş edəcək qədər səfehmiş...
Beləliklə, aparılan sorğu nəticəsində sərnişinlərin ən səfeh xahişləri müəyyənləşdirilib:
1. Pəncərəni aça bilərsinizmi?
2. Duş otağına necə gedə bilərəm?
3. "Barbi" kuklamın massajını sifariş edə bilərəmmi?
4. Uşaqlarımı oyun otağına apara bilərsinizmi?
5. Linzamı itirdim. Zəhmət olmasa, onu tapmaqda mənə köməklik göstərin.
6. Mühərriki söndürün - o, çox səsli işləyir.
7. Göyərtədə "MakDonalds" varmı?
8. Pilota deyin burulğanı saxlasın.
Milli.Az