Böyük qalmaqal: kraliçanın məxfi çəkilişi yayıldı - VİDEO - FOTO

18 İyul 2015 09:25

Britaniyada böyük qalmaqal qopub.

The Sun tabloidi ölkə kraliçası 2-ci Yelizaveta və onun valideynləri ilə bağlı çox böyük rezonans yaratmış video yayıb.

1933-cü ildə çəkilmiş lent yazısında indiki kraliça 2-ci Yelizaveta 6 yaşındadır. Görüntülərin Balmoral qəsrində çəkildiyi aydındır.

Milli.Az bildirir ki, səssiz kadrlarda balaca şahzadə Yelizaveta valideynləri, 3 yaşlı bacısı Marqaret və əmisi, Uels şahzadəsi Eduardla birlikdə çəmənlikdədir.

Britaniyanın gələcək kraliçası nasist Almaniyasındakı salam jestini anasından sonra təkrarlayır. Bunu Britaniyanın gələcək kralı 8-ci Eduard da edir.

Ekspertlərin dediklərinə görə, məhz Eduard nasist ideologiyasına rəğbətlə yanaşırdı və o, ailə üzvlərinə, qohumlarına nasist salamlama jestini öyrətmişdi.

Bukinhem sarayı kral ailəsinin arxivindən bu minvalla istifadə olunmasından "təəssüfləndiyini" bildirib: "6 yaşlı Yelizaveta, təbii ki, o jestin mənasını bilə bilməzdi. Kraliça 2-ci Yelizavetanı nasizmə rəğbətdə suçlamaq məntiqsizlik və tərbiyəsizlikdir".

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото