Bill baba və nəvəsi Şarlotta - FOTO

17 İyul 2015 13:01

ABŞ-ın sabiq prezidenti Bill Klinton dünənki gününü nəvəsi Şarlottaya həsr etmişdi.

Milli.Az ABC-yə istinadən bildirir ki, Nyu-York şəhərindəki Madison Square Park-da uşaqlar üçün konsertə qatılan Bill Klinton qucağında nəvəsini tutmuşdu.
Bill Klintonun qızı Çelsi və kürəkəni Mark Mezvinsiki parkın yaxınlığındakı binada, 10,3 milyon dollar dəyərində mənzildə yaşayırlar.
Balaca Şarlottanın yanında onun dayəsi, habelə ABŞ-ın Məxfi Xidmətinin (Secret Service) agentləri vardı.

Milli.Az