Paytaxtın müxtəlif ərazilərində həftə sonları təşkil edilən və bir müddət əvvəl ləğv olunan yarmarkalar bərpa oluna bilər. Jurnalistlərə müsahibə verən Kənd Təsərüfatı naziri Heydər Əsədov yarmarkaların açılması üçün görülən işlərdən danışıb. Kənd təsərüfatı sahəsində görülən işlərdə nəticəsini verib. Bu il ölkəmizdə taxıl məhsuldarlığı son 100 ilin ən yüksək həddinə çatıb.
Milli.Az xezerxeber-ə istinadən bildirir ki, Bakıda bir müddət əvvəl ləğv olunan kənd təsərrüfatı yarmarkaları bərpa edilə bilər. Bunun üçün kənd təsərüfatı nazirliyi ilə Bakı şəhər icra hakimiyyəti arasında danışıqlar aparılır. Kənd təsərüfatı naziri Heydər Əsədov yarmarkaların bağlanma səbəbindən danışıb. Yarmarkaların yenidən istifadəyə veriləcəyi tarix hələlik dəqiq deyil.
Kənd təsərrüfatı sahəsində aparılan islahatlar da nəticəsini verib. Bunun nəticəsində bu il idxal edilən taxılın həcmi az olacaq. Fermerlər tərəfindən yetişdirilən taxıl dövlət tərəfindən alınacaq.
Milli.Az