"Rudar"ın baş məşqçisi hansı futbolçumuzu bəyənib?

4 Fevral 2011 20:39
"Neftçi" ilə matç çox ağır oldu. Mən "Neftçi"dən belə güclü oyun gözləmirdim. Rəqib xüsusilə ilk 15-20 dəqiqədə çox yaxşı hücumlar qururdu". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə yoxlama oyunundan sonra Çernoqoriya çempionu "Rudar"ın baş məşqçisi Neboyşa Viqnyeviç deyib.
Çernoqoriyalı mütəxəssis Rəşad Abdullayevi tərifləyib: "Düzdü, biz təlim-məşq toplanışına yenicə başlamışıq. Komandamdan razıyam.

Ona görə ki, "Rudar" əsasən gənclərdən təşkil edilib. Həm də "Neftçi"nin gücü ilə müqayisədə, komandam bundan artıq heç nə edə bilməzdi. Hiss olunur ki, "Neftçi" təşkilatlanmış klubdu. Rəqibin heyətində kapitanı (Rəşad Abdullayevi nəzərdə tutur) fərqləndirərdim. O, oyunboyu yetirmələrimi təzyiq altında saxlamağı bacardı".

Milli.Az