Yaşıl qəhvə həqiqətən arıqladır?

14 İyul 2015 14:50

Son illərdə arıqlamaq üçün bazarda təklif olunan məhsullar arasında liderliyi yaşıl qəhvə tutur. Lakin mütəxəssislər  yaşıl qəhvənin arıqlamaq üçün deyil, sağlam həyat üçün əhəmiyyətli olduğunu söyləyirlər. Milli.Az publika.az-a istinadən bildirir ki, yaşıl qəhvə qovrulmamış, təbii çiy qəhvədir. Buna baxmayaraq, bu qəhvə qara qəhvə kimi dəmlənib içilir. Bu növ qəhvə mağaza və supermarketlərdə çox rast gəlinməsə də, onu xüsusi internet mağazalardan sifariş etmək olar.

Yaşıl qəhvənin xüsusiyyətləri:
 
Bu qəhvənin əsas üstünlüyü, onun dietik xüsusiyyətidir. Hazırda mağazalarda hətta "arıqlamaq üçün yaşıl qəhvə" adlı içki satılır.
 
Mütəxəssislərin araşdırmasına əsasən, yaşıl qəhvənin tərkibində insan orqanizmi üçün lazım olan antioksidantlar, amin turşuları və vitaminlər vardır. Bu maddələr yaşıl qəhvədə, adət etdiyimiz qara qəhvədən daha çoxdur.
 
Bundan əlavə, yaşıl qəhvənin tərkibində olan xlorogen turşusu yüksək hərarətdə (qovrulduqda) məhv olduğu üçün qara qəhvədə yoxdur. Bu turşu isə arıqlama prosesində çox önəmli rol oynayır. O, piylərin parçalanmasına səbəb olur.
 
Arıqlamaq məqsədilə bazarda təklif olunan yaşıl qəhvənin təsir mexanizmini tərkibindəki xlorogen turşusu yaradır. Yaşıl qəhvə ilə bağlı aparılan araşdırmalar göstərir ki, xlorogen turşusunun arıqladıcı təsiri var. Amma insanların yetərli səviyyədə xlorogen turşusu qəbul etmələri üçün gündə ən az 6-7 ədəd böyük fincanda yaşıl qəhvə içməsi lazımdır. Bu halda da başqa problemlər ortaya çıxa bilər. Belə ki, yaşıl qəhvənin içərisində kofein miqdarı yüksək təzyiq, yorğunluq, əsəbilik, titrəmə, ishal, qusma, ürək bulanması, ürək döyüntüsü, su itkisi, böyrək çatışmazlığı, ağrılar, sümük əriməsi, anemiya (qan azlığında) və ürək çatışmazlığı kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər.
 
Digər tərəfdən arıqlamaq üçün tövsiyə edilən xlorogen turşusu sadəcə, arıqlamağa kömək etmir,  eyni zamanda, diabet, ürək-damar xəstəlikləri və xərçəng başda olmaqla bir çox xəstəliyə, Alzheimer və Parkinson kimi mühüm nevroloji xəstəliklərə qarşı da müdafiə edir.
 
Yuxarıda qeyd etdiyimiz kimi, yaşıl qəhvənin arıqladıcı təsirini hiss etmək üçün gündə ən az 7 stəkan qəhvə istehlak etmək lazımdır. Bu səbəbdən yaşıl qəhvə içilən dövrlərdə gündə ən az 2.5 litr su içmək çox lazımdır. Lakin 4 stəkandan daha çox yaşıl qəhvənin tərkibindəki yüklü kofein miqdarı yüksək təzyiq, yorğunluq, ürək çatışmazlığı, o cümlədən ciddi sağlamlıq problemlərinə yol açır. Bu da kofein zəhərlənməsi deməkdir.
 
Qara qəhvə ay ərzində artıq çəkinin 14%-dən xilas edə bilirsə, tərkibində xlorogen turşusu olan bu qəhvə yağların işlədilməsini 47% gücləndirə bilir.
 
Həmçinin, tərkibində olan maddələr, insanın beyin aktivliyi və ümumi tonusunu  artırır. Məlumatınız olsun ki, qovrulmamış qəhvənin  tərkibində kofeinin miqdarı qovurulmuş qəhvədən  daha azdır.
 
 Çox yüksək antioksidant təsiri vardır, sərbəst radikalların zərərli təsirlərini mane olar.
 
İnsana enerji verir, yorğunluğu və halsızlığı aradan qaldırır.
 
Şəkər xəstəliyi riskini azaldıcı təsiri araşdırmalarda göstərilmişdir.
 
Yüksək təzyiq üzərində yaxşılaşdırıcı təsiri olur.
 
Yaşıl qəhvə necə hazırlanır?
 
Yaşıl qəhvənin evdə hazırlanması olduqca asandır. Təxminən 1 yemək qaşığı qəhvə dəmə qoyulur. Bundan sonra 180 ml. ​​isti su üzərinə əlavə olunur və 4 dəqiqə qədər dəmə qoyulur.
 
Yaşıl qəhvəni gündə neçə dəfə içmək olar?
 

Yaşıl qəhvə səhər və axşam olaraq gündə 2 dəfə istifadə edilə bilər. Ancaq hər şeyin çoxunun zərərli olduğu kimi, yaşıl qəhvənin də çox istifadə edilməsi zərərlidir. Yaşıl qəhvə içməzdən əvvəl yenə də diqqətli olmaq lazımdır və həkiminizlə məsləhətləşmədən istifadə etməyin.

Milli.Az