Azərbaycan Universiteti (AU) 2015/2016-cı tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:
I qrup
Riyaziyyat (Az)
Kompüter elmləri (Az, rus)
II qrup
Dünya iqtisadiyyatı (Az, ing)
Mühasibat uçotu və audit (Az, ing)
Maliyyə (Az, ing)
İqtisadiyyat (Az)
Menecment (Az, ing)
Marketinq (Az, ing)
Dövlət və bələdiyyə idarəetməsi (Az)
III qrup
Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
Tərcümə (İngilis dili)
Tarix (Az)
Sosial iş (Az)
Qeyd: Mötərizədə tədrisin aparıldığı dillər göstərilir.
Tədrisi ingilis dilində olan ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır. İngilisdilli proqramlara qəbul olmuş tələbələr dil bacarıqlarına görə qruplaşdırılaraq hazırlıq təhsili alırlar. Onların dil səviyyələri sentyabr ayında keçirilən "Yerləşdirmə" imtahanının nəticələrinə əsasən müəyyənləşdirilir.
Azərbaycan Universiteti "Daxili Təqaüd və Təhsil haqqından Güzəştlər Proqramı" çərçivəsində 350 və daha yuxarı balla qəbul olan tələbələrə 50 AZN-dən 200 AZN-ə qədər aylıq təqaüdlər təklif edir. 420 və daha yuxarı balla qəbul olmuş tələbələrə təhsil haqqından müəyyən güzəştlər tətbiq olunur. 630 və daha yuxarı balla Azərbaycan Universitetinə qəbul olmuş tələbələr təhsil haqqından tam azaddırlar. Təqaüd və güzəştlərin miqdarı universitetin təyin etdiyi müvəffəqiyyət göstərcilərinə əsasən tənzimlənir.
Azərbaycan Universiteti tələbələrinin "Linnaeus-Palme" layihəsi, "Mövlanə" və "Erasmus+" mübadilə proqramları ilə Türkiyə və Avropanın bir sıra ölkələrində təhsil almaq imkanları var. Beynəlxalq kredit mobilliyi imkanlarından faydalanan tələbələrin kreditləri daha sonra AU-ya transfer olunur.
Karyera mərkəzi isə məsləhət xidməti və istiqamət verərək, tələbələri iş dünyasına hazırlayır. Tələbələr təhsil aldıqları dövrdə Azərbaycan Universitetinin tərəfdaşları ilə sıx əlaqələrindən faydalanaraq karyeralarını daha uğurlu qurmaq imkanı əldə edirlər.
Abituriyentlər daha ətraflı məlumat üçün Azərbaycan Universitetinin Abituriyent Məlumat Mərkəzinə müraciət edə, www.au.edu.az saytına yaxud universitetin rəsmi facebook səhifəsinə www.facebook.com/AzerbaycanUnv daxil ola bilərlər.
Tel: (00994 12) 434 76 89/90/91/92/93/94
Mobil: (00994) 55 233 69 22
E-poçt: [email protected]
Universitet seçmək, həm də gələcəyi seçməkdir.
Azərbaycan Universiteti
Gələcəyini bu gün seç!