8 iyul tarixində Fairmont otelində Collezione İtaliya lüks interyer mağazasının dəstəyi ilə məşhur italyan memarları Karlo Kolombo və Massimo Papirinin müasir moda və dizayn trendlərinə həsr olunmuş master-klass keçirildi. Karlo Kolombo müasir italyan minimalizminin klassiki sayılır. Onun lakonik üslubu Dubayda, Əbu-Dabidə tikilən gərargahlarda, Komo, Luqano və Sankt-Morisedə dizayn edilən villalarda istifadə olunur. Mebel dizayneri kimi POLIFORM, MOROSO, ZANOTTA və CAPPELLINI mebel firmaları ilə əməkdaşlıq edir.
Massimo Papiri - fərdi layihələndirmə üzrə yüksək səviyyəli mütəxəssisdir. Madonna, Silvestr Stalone, Corc Kluni, Cek Nikolson kimi ulduzların evlərinin interyer dizaynını işləmişdir.
Tədbiri Collezione İtaliya mağazasının əməkdaşı açıq elan etdi. O, qonaqların nəzərini səhnəyə, Karlo Kolombonun dizayn etdiyi mebelə cəlb edərək məşhur memarın sənət əsərlərindən məlumat verdi. Oktyabr ayında açılacaq olan Collezione İtaliya mağazası sahəsinə görə Avropanın ən böyük mağazası olacaq. 20 000 m2 sahəsi olan mağaza italyan və digər Avropa ölkələrinin məşhur markalarının məkanı olacaq. Burada mebellərdən başqa, müştərilərə dünyada məşhur olan markaların duş kabina, vanna, kafel, çilçıraq, divar kağızları da təqdim olunacaqdır.
Giorgetii, B&B, Misura Emme, Porro, Turri, Bruno Zampa, Armando Rho, Grimmel, Haker və interyer sahəsində başqa şirkətlərin yenilənən kolleksiyaları ilə mağaza müştərilərini daima sevindirəcək.