Məşhurlar "Bakı 2015" paradında - FOTO

13 İyul 2015 10:21

"Bakı-2015" Avropa Oyunlarının könüllülərinə və Azərbaycan yığmasının idmançılarına həsr olunmuş "Tarix yazdıq! Tarixə yazıldıq!" şüarı altında parad keçirilib.

Axşam.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin, birinci Аvropa Oyunları Əməliyyat Komitəsinin təşəbbüsü ilə təşkil edilən tədbir iki hissədən ibarət olub. Tədbirin birinci hissəsində Azərbaycan idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə Bakı İdman Sarayından başlayan "Bakı-2015" paradı Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında yekunlaşıb.
"Bakı-2015" paradı burada xüsusi konsert proqramı ilə davam etdirilib. 

Konsertdə sənət aləminin tanınmış simaları mahnılar səsləndiriblər. 

Aparıcılığını Hüsniyyə Məhərrəmova, Tural Əsədov Rüfət Ağayevin etdiyi gecənin xüsusi qonağı italyan müğənni İnqrid olub.

Milli.Az