İtaliya futbolunun əfsanəsi amerikalılara satılır

4 Fevral 2011 14:46
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Romanın sahibi olan Sensi ailəsinə məxsus "Italpetroli" şirkətinin rəsmiləri Amerikanın "Boston International Group" şirkətinin nümayəndələrilə bir araya gəlib. Onlar satışın detalları ilə bağlı müzakirələr aparıblar.
İndi razılaşmanın baş tutmasınadək daha bir neçə məsləhətləşmə aparılacaq.

Qeyd edək ki, "Roma"nı alacaq qurumun rəhbəri Di Benedetto "Boston Red Soks" beysbol klubunun da həmsahibidir. Həmin beysbol komandası "Liverpul"un hazırkı sahibi olan "NESV" şirkətinə məxsusdur.

Milli.Az