Milli.Az 4charx.com-a istinadən bildirir ki, ekstremal yeni hibrid model özündə 308 R concept və Quartz concept konseptlərinin dizayner və üslub həllərini birləşdirir. "Qaynar" Peugeot 308 R Hybrid modeli aqressiv ön hissə, iri havaçəkənlər, genişləndirilmiş təkər tağları, 19 düymlük unikal təkər diskləri və eksklüziv göy və donuq-qara rənglənmə əldə edib.
Fransız şirkətin təmsilçiləri iddia edirlər ki, Peugeot 308 R Hybrid "supercar imkanları olan ailə heçbekidir". 0-100 km/saat sürətlənməni model 4,0 saniyədə həyata keçirir. Maksimal sürət 250 km/saat həddində elektron məhdudlaşdırılıb.
Milli.Az