Sınıqsız burun əməliyyatı: video-endoskopiya nədir?

9 İyul 2015 21:05

Tibb sahəsində baş verən texnoloji inteqrasiya sayəsində burun estetik əməliyyatını sümüyü sındırmadan da icra etmək mümkündür. Video-endoskopiya adlanan yeni üsul üçölçülü yüksək keyfiyyətli kamera vasitəsilə həyata keçirilir.
 
Milli.Az lent.az-a istinadən bildirir ki, illərdir estetik əməliyyatın müxtəlif sahələrində istifadə edilən bir üsuldur.
 
Ümumiyyətlə, burun estetik əməliyyatı qapalı və açıq olmaqla iki üsulla həyata keçirilir. Video-endoskopiya üsulu isə qapalı burun əməliyyatına uyğun aparılır. Ən yüksək üstünlüyü 3D kameralarla işləməsidir. Burnu ən incə detalına qədər görmənizə imkan yaradan 3D kameralar buruna zərər vermədən, əməliyyatın həssaslıqla həyata keçirilməsinə imkan yaradır. 
 
Video-endoskopiyanın üstünlükləri nələrdir? 
 
Ənənəvi burun əməliyyatı cərrahın istifadə etdiyi alın lampası əsasında həyata keçirilir. Bununla kiçik damar və sinirləri görmək mümkün olmadığından damar qanamaları və  kiçik toxuma fəsadları yaşana bilər. Video-endoskopiya zamanı isə istifadə edilən 3D kameralarla burnun hər incə detalını görmək mümkündür. Nəticədə toxumada yaranacaq fəsad minimum səviyyəyə enir. Burunda şişkinlik, göyərmə, qanamalar azalır. Xəstənin sağalma müddəti tezləşir. 
 
Kimlər video-endoskopiya etdirə bilər? 
 

Video-endoskopiya edilmədən əvvəl xəstənin burun şikayətləri müayinə edilməlidir.
Müayinə edildikdən sonra qərar verilir.
 
Video- endoskopiya ilə birlikdə mikromotor da  istifadə edilir ki, bu cihazın sayəsində  burunda çatlar və sınıqlar olmur, sümüyə istənilən kimi şəkil və forma vermək olur.
Milli.Az