Kişini «mavi»yə hansı dərman çevirdi?

4 Fevral 2011 14:37
Milli.Az xəbər portalının MIGnews.com saytına istinadən verdiyi məlumata görə, kişi ona yazılmış dərmanı qəbul etdikdən sonra özündə homoseksuallıq hiss etməyə başladığını bildirir.
Jambarın vəkillərinin sözlərinə görə, 2 uşaq atası olan evli kişi ilk dəfə 2003-cü ildə "Requip" preparatını qəbul etməyə başladıqdan bir müddət sonra özündə dəyişikliklər hiss etməyə başlayıb. Dərman ona Parkinson xəstəliyindən əziyyət çəkdiyi üçün yazılıbmış: "Dərman onda həm homoseksual münasibətlərə, həm də qumara həvəs yaratmağa başlayıb. Didye evdən qaçmağa, pul oğurlayaraq kazinolara getməyə, internetdə isə geylər üçün olan saytlarda qeydiyyatdan keçməyə və mavilərlə söhbətləşməyə başlayıb. Getdiyi görüşlərdən birində isə... onu zorlayıblar".

Didye yalnız 2005-ci ildə dərmandan imtina edib və bundan sonra onun əvvəlki hissləri bərpa olunmağa başlayıb. Amma onun aldığı ciddi psixoloji zərbə keçmir. Bununla əlaqədar olaraq, Didye işini də itirib. İndi o, preparat istehsalçısından 450 min avro tələb edir.

Milli.Az