Mutko: "Azərbaycana təşəkkür etmək lazımdır"

9 İyul 2015 10:47

"Hazırda bizim futbol üzrə dünya çempionatını layiqli alıb-almamağımızla bağlı çoxlu müzakirələr gedir. Ölkələrin böyük turnirləri keçirməsi ətrafında söz-söhbət yaratmaqdansa, onlara bu boyda məsuliyyəti üzərlərinə götürdüyü üçün təşəkkür etmək lazımdır. Hətta onların qarşısında papağı çıxarmaq lazımdır".

Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın idman naziri Vitali Mutko deyib.

O, böyük yarışları qəbul edən ölkələrin idmanın inkişafındakı rolunu vurğulayıb. Mutkonun sözlərinə görə, Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə keçirməsi alqışalayiqdir: "Çinə təşəkkür etməliyik ki, Yay Olimpiya Oyunlarından sonra xeyli sayda turnirlər keçirib. Avropa Oyunlarını yüksək səviyyədə qəbul edən Azərbaycana da təşəkkür etmək lazımdır. Bu böyük bir işdir. Təbii ki, bunlar da idmanın və infrastrukturun inkişafını sürətləndirir".

Qeyd edək ki, Bakı-2015 iyunun 12-28-də baş tutub.

Milli.Az